​Ukraynanın daxili işlər naziri Arsen Avakovun oğlu işgəncələrə məruz qalıb

Ukraynanın daxili işlər naziri Arsen Avakovun oğlu Aleksandr hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını bildirib.
Muxalifet.az xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib. Onun sözlərinə görə, nəzarətdə olarkən və dindirilərkən təzyiqlərə məruz qalıb. Həmçinin ona işgəncələr verilib. Nazir oğlu bildirib ki, nəzarətçilər ona elektronik qolbaq taxıblar.
Qeyd edək ki, Ukraynanın daxili işlər nazirinin oğlu dekabrın 31-də həbs edilib. Onu qanunsuz olaraq 520 min dollar mənimsəməkdə günahlandırırlar.