Ukrayna yeni PUA-sını nümayiş etdirdi - YAĞIŞLI HAVADA DA HƏDƏFİ MÜKƏMMƏL SEÇİR... / VİDEO
Ukraynanın "Shark" pilotsuz kəşfiyyat təyyarəsinin istehsalçısı son modeli nümayiş etdirilib.
Qafqaz.media-nın məlumatına əsasən, bu barədə “RBC-Ukrayna” “Ukrspetssystems” şirkətinin Facebook hesabına istinadən xəbər verir.
PUAistehsalçıları yağışlı havalarda izləmənin aydınlığını və əla təsvir keyfiyyətini nümayiş etdiriblər.
"Shark" haqqında nə məlumdur?
"Shark" pilotsuz uçan aparatları hava kəşfiyyatı, hədəfin yerinin müəyyənənməsi, o cümlədən qərb uzaqmənzilli silahları, xüsusən də HIMARS üçün istifadə edilə bilər.
Həmçinin, cihaz təhlükəsiz şifrələnmiş əlaqəyə və 30x optik böyütmə və əlavə rəqəmsal böyütmə kamerasına malikdir.
Yeni PUA 60 km-ə qədər düşmən xəttinin arxasına keçə və obyektə qədər 5 km-ə qədər məsafədə müşahidə apara bilir.
"Shark"ın texniki imkanları:
Uçuş müddəti - 2 saatdan çox,
Rabitə diapazonu - 60 km;
Praktik tavan - 2000 m;
Kamera sistemi - 30x optik böyütmə və əlavə rəqəmsal yaxınlaşma ilə Full HD elektro-optik sensor;
Uçuş çəkisi - 10 kq;
Qanadların genişliyi - 1,91 m;
Yerləşdirmə vaxtı - 15 dəqiqə;
İşləmə temperaturu - -15 C-dən +50 C-yə qədər;
Şifrələmə üsulu - AES256;
Kruiz sürəti - 70-90 km / saat;
Maksimum uçuş sürəti - 150 km / saat;
Dayanma sürəti - 60 k m / saat;
Uçuş üsulu - katapult;
Eniş üsulu - paraşüt.
Xatırladaq ki, “Ukroboronprom” bundan əvvəl 1000 km-ə qədər məsafədə hədəfləri vurmağa qadir olan sursatlar haqda açıqlama vermişdilər. Bu mərhələdə 75 kiloqramlıq mərminin hazırlanması artıq tamamlanır.
Daha sonra şirkət Ukrayna Silahlı Qüvvələri üçün yeni zərbə PUA-nın təfərrüatlarını açıqlayıb.
Qafqaz.media