Ukrayna İranı beynəlxalq məhkəməyə verir - ZELENSKİDƏN AÇIQLAMA

Baxış sayı:
1828

Ukrayna Prezidenti Vladimir Zelenski vurulan Ukrayna təyyarəsinə görə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə İranı beynəlxalq məhkəməyə verəcəyini bildirib.

Bunu Ukrayna prezidenti “Qlob end Meyl” qəzetinə müsahibəsində deyib.

O, İranın təkcə "qara qutu"nu qaytaracağına yox, həm də kompensasiya ödəyəcəyinə, rəsmi üzrxahlıq edəcəyinə ümid etdiyini bildirib:

“Əks təqdirdə bizim beynəlxalq məhkəməyə müraciət etməkdən başqa seçimimiz olmayacaq. Onlar bizim mövqeyimizi bilirlər”.

Qeyd edək ki, bundan öncə İran ordusu Ukraynaya məxsus sərnişin təyyarəsini səhvən vurmuşdu. Nəticədə təyyarənin bütün sərnişinləri həlak olmuşdu./axar.az