​Ukrayna erməni nazirə yerini göstərmək istədi, amma...

Ukraynanın Daxili İşlər naziri Arsen Avakovun oğlunun həbsi və azadlığa çıxması ətrafında baş verən hadisələr mövcud hüquq-mühafizə sisteminin hansı vəziyyətdə olduğunu açıq şəkildə göstərir.
Bu barədə politoloq Aleksandr Dudçak danışıb.
“İndi Kiyevdə vəziyyət sadəcə hakimiyyətlə və ya hakimiyyətdə təmsil olunan bloklarla əlaqə ilə həll edilir. Ukrayna standartlarına görə, istənilən nüfuzlu siyasətçinin silahlı dəstəsi olmalıdır. Bax, Avakov da bunlara sahibdir. Avakova yerini göstərməyə çalışdılar, ancaq sonuna qədər alınmadı”, - politoloq deyib.
Dudçak Avakovun oğlunun sərbəst buraxılmasının gözlənilən olduğunu bildirib:
“Avakov Ukrayna standartlarına görə olduqca nüfuzlu bir insandır və bu gözlənilən qərar idi. Yəqin ki, həbs qərarı Avakovun Ali Radanın mühafizəsindən DİN birləşmələrini çəkməsi və ölkə rəhbərliyinə, parlamentə mövqeyini nümayiş etdirməsinə cavab idi”.
Qeyd edək ki, A.Avakovun oğlu korrupsiya və fırıldaqçılığa görə saxlanılmışdı./Axar.az/