"Uçuşların nə vaxt bərpa olunacağını indidən söyləmək mümkün deyil” - TÜRK SƏFİR NAXÇIVANA UÇUŞLARIN DAYANDIRILMASI HAQDA

Baxış sayı:
1822

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türk Hava Yollarının Naxçıvana uçuşları müvəqqəti olaraq dayandırmasına münasibət bildirib.

E.Özoral bildirib ki, Türkiyə və Naxçıvan Muxtar Respublikası arasında quru sərhədlər bağlı deyil, yük və nəqliyyat sərbəst hərəkət edir.

Bununla belə, səfir deyib ki, koronavirus təhlükəsi ilə bağlı havada sərnişinlərə nəzarət etmək mümkün deyil, buna görə də Naxçıvana uçuşlar hələlik müvəqqəti dayandırılıb: “Koronavirus təhlükəsi ilə bağlı indidən bir söz demək mümkün deyil. Ona görə də uçuşların nə vaxt bərpa olunacağını indidən söyləmək mümkün deyil”.