"Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbir görəcək" - MİLLİ MƏCLİSDƏN AÇIQLAMA

Baxış sayı:
1378

“Dünən yürüş iştirakçılarının bir hissəsi qanunsuz olaraq Milli Məclisin binasına daxil olub və dağıntılar törədiblər”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Əli bildirib.
C. Əli deyib ki, polis dağıntı törədən həmin şəxsləri binadan çıxarıb: “Hazırda Baş Prokurorluq hadisə ilə bağlı araşdırma aparır. Milli Məclisin binasına və inventarına nə qədər zərər vurulduğu araşdırılacaq”.

C. Əli qeyd edib ki, hazırkı dövr həssas yanaşma tələb edir: “KİV-dən də Milli Məclisə həssas yanaşmağı istəyirik. Təxribatçı qüvvələrlə bağlı hüquq-mühafizə orqanları tədbirlər görəcək”.