Türklər niyə özlərini tənha hiss edir? - MARAQLI ARAŞDIRMA

Baxış sayı:
2311

Türkiyənin Üsküdar Universitetinin Humanitar və Sosial Elmlər Fakültəsinin "Beynəlxalq Yalnızlıq Simpoziumu"nda İstanbulun yalnızlıq xəritəsi açıqlanıb.

Tədbirdə çıxış edən fakültə rəhbəri Dr. Əbülfəz Süleymanlı İstanbulun 39 rayonunda 18-55 yaş qrupundan olan 300 min nəfərlə görüş keçirildiyini bildirib:

"İstanbulda yaşayan fərqli yaş, cins və sosial siniflərdən olanların təklik qavrayışı araşdırıldı. Araşdırmada iştirak edənlərin tənhalıq səbəbləri öyrənildi. Anketlər və müsahibələrdən sonra İstanbulun tənhalıq xəritəsi hazırlandı. Nəticələr belədir: Tədqiqatda iştirak edənlərin 53%-i özlərini mütəmadi, yaxud ara-sıra tənha hiss etdiklərini, 36%-i isə yalnız qaldıqda özlərini bədbəxt hiss etdiyini bildirib. Özünü daha yalnız hiss edənlər isə gənclər, subaylar, boşanmış kişilər, kirayədə yaşayan tələbələrdir. 16-24 yaşlı gənclərin 40%-i özün yalnız hiss etdiyini deyərkən, subayların 24%-i, dul və ya boşanmış kişilərin isə 55%-i özünü tənha hiss etdiyini söyləyir. Bu isə o deməkdir ki, hər iki istanbulludan biri özünü tənha hiss edir.".

Ə.Süleymanlı çıxış yolu kimi sosial medianın rolunun azaldılmasını təklif edib:

"İnsanlar özlərini tənha hiss etdikdə internetdə daha çox vaxt keçirir. Tənhalıqla mübarizənin ən doğru yolu sevdiklərinizlə çox zaman keçirməkdir".