Türkiyənin məşhur serialında “Ay Laçın” səsləndi - VİDEO

Baxış sayı:
17261

Türkiyənin “TRT 1” telekanalında yayımlanan və izlənmə rekordları qıran “Payitaht Abdülhamit” teleserialında Azərbaycanın haqq mübarizəsinə dəstək ifadə olunub.

Serialda hökmdar bir Azərbaycan mahnısı oxumnasını istəyir. İsmayıl Haqqı əfəndi obrazını canlandıran aktyor isə “Ay Laçın” xalq mahnısını səsləndirib.

Azərbaycan Ordusunun işğal altında olan ərazilərimizin azad olunması ilə bağlı uğurlu əməliyyatlarını nəzərə alaraq bu səhnə sosial şəbəkələrdə geniş paylaşılıb.