Türkiyədən ABŞ Dövlət Departamentinə etiraz

Baxış sayı:
407

ABŞ Dövlət Departamentinin Türkiyəyə səfər etməməklə bağlı öz vətəndaşlarına müraciəti rəsmi Ankaranın etirazına səbəb olub.

Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Məlumatda Türkiyənin bütün şəhərlərinin ölkə vətəndaşları və xarici qonaqlar üçün rahat və təhlükəsiz olduğu vurğulanıb. Bildirilib ki, Türkiyə hökuməti terrorizmlə mübarizəni sonadək davam etdirməkdə qətiyyətlidir: "Bu mübarizəyə başqa qərəzli don geyindirmək ölkənin təhlükəsizliyinə qarşı təhdiddir".

Həmçinin qeyd olunub ki, ABŞ rəsmilərinin sözügedən açıqlaması məntiqdən uzaqdır.