​Türkiyədə koronavirusdan ölənlərin sayı 3641 nəfərə çatıb – 83 MİN NƏFƏR SAĞALIB

Baxış sayı:
1557

"Türkiyədə son sutkada daha 57 nəfər pandemiyanın qurbanı olub”.
Muxalifet.az
xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 3 641 nəfərə çatıb.
Nazir həmçinin daha 1 977 nəfərə koronavirus diaqnozu qoyulduğunu və beləliklə, infeksiya daşıyıcılarının sayının 133 721-ə yüksəldiyini bildirib.
F.Koca Türkiyədə indiyədək 82 984 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxıldığını da vurğulayıb.