Türkiyədə dəhşətli qətl: “Ana, nə olar, ölmə” – Video

Baxış sayı:
6460

Eminə Bulut adlı qadının əri tərəfindən qətlə yetirilməsi Türkiyə gündəmini zəbt edib. Muxalifet.az Musavat.com-a istinadən xəbər verir ki, Kırıkkaledə yaşayan Emine Bulut 10 yaşlı qızı ilə restoranda yemək yediyi zaman 4 il əvvəl boşandığı həyat yoldaşı Fedai Baran restorana gələrək qadının boğazını kəsib. Dəhşətli görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə qadının “Ölmək istəmirəm” , qızının “Ana, nə olar, ölmə” deyə qışqırması əks olunub. Sözügedən hadisə sosial şəbəkədə səs-küy yaradıb. EmineBulut haştaqı ilə məşhurlar daxil olmaqla insanlar kampaniyaya başlayıb. Onlar qadın cinayətlərinin bitməsini və Barana ən ağır cəzanın verilməsini tələb ediblər.