Türkiyə prezidenti Rusiya səfərinə yola düşür

Muxalifet.az “Hurriyet”-ə istinadla bildirir ki, bu dəqiqlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər öncəsi bəyanat verir.
"Putin ilə Suriyadakı vəziyyəti müzakirə edəcəyik. Suriya sərhədi boyunca hər hansı bir terror koridoruna imkan verməyəcəyimizi açıq şəkildə bildirmişik. 2200 kilometr sahəsi olan ərazi terrorçulardan təmizlənib. Bu gün Amerika ilə əldə etdiymiz razılaşmanın son günüdür. ABŞ ölkəmizə verdiyi sözü tutmazsa hərəkatımızı qaldığımız yerdən davam etdirəcəyik.
Suriyanın şimalında asayiş bərpa olunduqca qaçqınların da geri dönüşü artacaq. 2 milyona qədər insan bu bölgəyə könüllü əsaslarla yerləşdirlə blər. Bütün bunlarla bağlı layihələri hazırladıq və buna sərf olunacaq vəsaiti hesabladıq. Bunu da BMT-də görüşdüyümüz 17 dövlət başçısına təqdim etdik".
Muxalifet.az