Türkiyə Naxçıvanla azad iqtisadi zona yaradır
19-06-2017 11:00

Türkiyə Naxçıvanla azad iqtisadi zona yaradır.
Türkiyə KİV xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.
O bildirib ki, bu məsələ ilə bağlı artıq lazımi infrastruktur yaradılıb.
"Türkiyə iqtisadiyyat nazirliyinin nümayəndələri artıq Naxçıvanda yerləşdirilib", deyə nazir bildirib.
Nazirin sözlərinə görə, Naxçıvanla aparılacaq ticarət Türkiyənin başqa şəhərlərə aparılan ticarətdən fərqlənməyəcək. Əməliyyat zamanı türk lirəsindən istifadə ediləcək.