Türk qırıcıları İngilis təyyarələrinə keçid vermədi

Baxış sayı:
4888

Keçdiyimiz günlərdə Barbaros seysmik gəmisinin Yunan hərbi ünsürləri tərəfindən təcavüzə məruz qalmasından sonra seysmik gəmi Türk döyüş gəmiləri tərəfindən himayəyə götürülmüşdü. İngilis döyüş təyyarələrinin də Barbaros seysmik və onu qoruyan döyüş gəmilərinin yaxınlığından uçaraq təhdid etməsindən sonra Türk F-16-ları dərhal havaya qalxaraq İngilisləri qovalayıb.
 
Türkiyənin Şərqi Aralıq dənizindəki apardığı qaz ehtiyatı axtarış çalışmalarını davam etdirən Barbaros seysmik gəmisi Yunanıstan başda olmaqla, bölgədəki bəzi qüvvələri narahat etməyə davam edir.
Keçdiyimiz günlərdə Yunan freqatı HS Nikiforos Focas, Türkiyənin Barbaros seysmik tədqiqat gəmisini təcavüz etmişdi.
Buna qarşılıq, Türkiyə bölgəyə döyüş gəmiləri, kiçik hərbi gəmilər və 1 sualtı gəmi göndərərək Barbarosu qorumasına almışdı.
 
İNGİLİSLƏRƏ F-16-lı ÖNLƏMƏ
 
Bölgədə təzyiqin yüksək olduğu bir zamanda ortaya bir də İngilis Hava Qüvvələrinə məxsus döyüş təyyarələri çıxıb və Barbaros seysmik gəmisi də daxil, digər hərbi gəmiləri də yaxından uçaraq təhdid edib.
 
İNCİRLİKDƏN HAVAYA QALXDILAR
 
İngilis təyyarələrinin bu həmləsinə eyni anda qarşılıq verilib və İncirlik bazasından qalxan F-16-lar İngilis döyüş təyyarələrinə xəbərdarlıq edib.
Türk reaktivlərinin gəlməsindən sonra İngilis döyüş təyyarələri bölgədən dərhal ayrılıb.
Müxalifət.az