Türk ordusu 174 terrorçunu məhv edib - "PƏNCƏ" ƏMƏLİYYATI

Baxış sayı:
2503

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK terror təşkilatına qarşı keçirdiyi “Pəncə” əməliyyatı zamanı 174 terrorçu məhv edilib.

Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Əməliyyatlar zamanı 83 mindən çox silah-sursat və terrorçulara aid 403 sığınacaq ələ keçirilib.