“Türk Hava Yolları” da Bakı-İstanbul reyslərini bərpa edir - “AMMA SƏRHƏDLƏR AÇILMASA...”

Baxış sayı:
2287

Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” şirkəti (THY) Bakı-İstanbul-Bakı reyslərini bərpa edir.

“Report” şirkətə istinadən xəbər verir ki, artıq aviabiletlər satışa çıxarılıb.

“Əgər iyunun 15-də sərhədlər açılsa, THY uçuşları həyata keçirməyə başlayacaq. Sərhədlərin bağlı qalması müddəti uzadılsa, uçuşlar təxirə salınacaq. Amma bilet alanlar heç bir problemlə üzləşməyəcək. Onlar biletlərini geri qaytara və yaxud 2021-ci ilin sonuna qədər istənilən tarixə dəyişdirə biləcəklər", - deyə THY-dən bildirilib.