​Tramp 2020-ci il seçkilərinə bu şüarla gedəcək

Baxış sayı:
12136

ABŞ prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərinə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərində də namizədliyini irəli sürəcəyini bildirib. O, “The Associated Press” nəşrinə müsahibəsində deyib: 
“Hər zaman görüləsi işlər var. Bizim yeni şüarımız “Amerikanın böyüklüyünü qoruyaq”dır.
Dövlət başçısı bildirib ki, “düzgün olmayan insan”ın onun uğurlarını dağıtmasını istəmir: “Mən öz işimin öhdəsindən əla gəlirəm”.
Tramp sabiq vitse-prezident Cozef Baydeni özünə rəqib görür.