Taysondan Məhəmməd Əli ilə bağlı GÖZLƏNİLMƏZ SÖZLƏR: Onunla rinqə çıxsaydım...

Baxış sayı:
1324

Boks deyiləndə ağla gələn ilk adlardan biri olan Mayk Tayson, bütün zamanların ən yaxşısı olaraq qəbul edilən Məhəmməd Əli ilə matça çıxmaq şansı olsaydı, qazanma ehtimalının olmayacağını qeyd edib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, məşhur boksçu verdiyi son müsahibədə ona ünvanlanan "20 yaşlı Mayk Tayson və Məhəmməd Əli rinqə çıxsa, bu döyüşü kim qazanar" sualına "Məhəmməd Əli" cavabını verib. Məhəmməd Əlinin çox çevik və güclü boksçu olduğunu ifadə edən Tayson əlavə edib: "O, məncə, dünyanın ən yaxşısıdır və xüsusi boksçudur. Onu rinqdə məğlub edə bilməzdim".