Suriyada QALİB RUSİYADIR, HƏLƏ Kİ...

Baxış sayı:
865

Suriyadakı hazırki böhran çox sayda uduzan tərəflər və bir qalib - Rusiya ilə xarakterizə olunur. ABŞ Prezidenti Donald Tramp Suriyadan əsgərləri tələsik çıxardığı üçün istər öz ölkəsində, istərsə də ölkə xaricində tənqidlərə tuş gəldiyi vaxtda, Türkiyə  qoşunlarını Suriyaya yeritdi. Bununla yanaşı, Rusiya özünü "padşah təyin edən güc" rolunda təqdim edərək Ankara və Şama təsirini artırdı.

Oktyabrın 22-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin, əsasən kürdlərdən ibarət olan Suriya Demokratik Qüvvələrini (ŞDK) Suriyanın şimalından çıxarmaq barədə razılığa gəldilər. Rusiya və Türkiyə qüvvələri sərhəd boyu Suriya əraziləini bir yerdə patrul edir. Razılaşmaya görə, kürdlər Suriya Ordusunun Beşinci Korpusuna qoşulacaqlar. Bu korpus xarici könüllülərdən ibarətdir və Rusiya tərəfindən idarə olunur.
Rusiya ilə Türkiyə arasındakı bu razılaşmadan qısa müddət sonra, Trump rəhbərliyi qəflətən “guya” Suriyadakı neft yataqlarını "İŞİD"-in hücumlarından qorumaq üçün 500-ə yaxın ABŞ əsgəri göndərəcəyini elan etdi və “pedalları tərsinə fırlatmağa” başladı. Əslində Trump neftdən Suriya hökumətinə təsir vasitəsi kimi istifadə etmək üçün yataqlara nəzarəti ələ keçirməyə çalışır. Dəməşq və Moskva dərhal ABŞ-ın bu hərəkətini beynəlxalq hüquq normalarının pozulduğu üçün qınadılar, çünki neft yataqları Suriya ərazisində yerləşir.
“Vaşinqtonun indi etdiyi şey Suriyanın şərqindəki neft yataqları və silahlılara nəzarət etməkdir. Əslində bu, beynəlxalq səviyyədə dövlət quldurluğudur", Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi General-mayor İqor Konaşenkov belə deyib.

Rusiya özü də hədə-qorxu ilə çıxış etdi. Əgər kürdlər geri çəkilməzsə rus qoşunları sadəcə öz mövqelərinə çəkiləcəklər və türk qoşunları kürdlərin "üstündən keçəcək" - bu, Kreml nümayəndəsi Dmitri Peskovun xəbərdarlığı idi.
Türkiyə ilə ABŞ arasında bir çox xarici siyasi məsələlərdə, o cümlədən İraq müharibəsi, İran, İsrail və kürdlərlə bağlı narazılıq var idi. "Ərəb baharı" nın bir pərdəsi kimi görünən Suriya qiyamı başlayandan sonra Ankara və Vaşinqtonun birgə məqsədi var idi: onlar birlikdə Suriya Prezidenti Bəşər Əsədin devrilməsinə çalışan silahlı üsyançılara dəstək verdilər.
Ancaq üsyançılar xalqdan dəstək ala bilmədilər və 2015-ci ild Rusiya aviasiyasının Əsədin tərəfində döyüşməsindən sonra onların ulduzu söndü. Əsədin hakimiyyətdə qalacağı bəlli olan zaman, Ərdoğan özünün anti Əsəd siyasətini korrektə etdi və Qazaxıstanda Rusiya tərəfindən dəstəklənən sülh danışıqlarında iştirak etdi (Astana sammiti)
Türklərin əksəriyyəti ABŞ-ın Ərdoğana qarşı çevriliş cəhdi etdiyinə inandıqdan sonra Türkiyə - ABŞ münasibətləri pisləşdi. Türkiyə hökuməti, ABŞ-da yaşayan Fəthullah Güləni uğursuz çevriliş planı hazırlamaqda ittiham etdi.
İndi bu həngaməyə bu faktı da əlavə edin: ABŞ son illərdə Əfqanıstanda, İraqda, Suriyada və Liviyada apardığı müharibələri  uduzdu: Ərdoğan hesablamışdı ki, ABŞ təsiri azaldıqca Rusiya təsiri artır.

Bölgədəki Rusiya təsirinin güclənməsi illərdir Qərbin müttəfiqi və NATO üzvü olan  Türkiyənin Rusiyaya meylləndiyi bir vaxtda baş verir.
Bu yaxınlarda Türkiyə Rusiya istehsalı olan S-400 zenit raketlərini əldə etdi və bu da Vaşinqtonun qəzəbinə səbəb oldu. Rusiya-Türkiyə qaz boru kəmərinin birinci hissəsi (Türk axını) hazırda tikilir və Rusiya Türkiyədə daha dörd nüvə stansiyası tikməyə hazırlaşır.
Rusiya da ABŞ kimi Yaxın Şərqdə öz iqtisadi və hərbi maraqlarını güdür. Hər iki güc mərkəzi öz silah istehsalçılarının məhsullarını reklam edirlər. Hər iki güc öz maraqları üçün çalışır
Hazırladı: Ülviyyə Şükürova, İnosmi.ru
                                                Reese Erlich