Səudiyyədən Türkiyəyə Baş Konsulluqda axtarışla bağlı şübhəli müarciət - TƏLAŞDADIRLAR

Baxış sayı:
3430

Səudiyyə Ərəbistanının Türkiyənin Xarici İşlər Nazirliyinin çağırışından sonra Baş Konsulluqda Türk rəsmilərin araşdırma aparmasına icazə verilmişdi. Ancaq hansısa yeni gəlişmələrdən sonra Səudiyyə bu icazəyə görə peşiman olub.
 
Türkiyənin təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Səudiyyə rəsmiləri bu gün Türk orqanlarına yenidən müraciət edib və konsulluq binasında aparılacaq araşdırmanın irəli bir tarixə təxirə salınması təklif edib. Bu da müəyyən şübhələrə yol açıb.
Xarici İşlər Nazirliyindən bu müraciətlə bağlı hər hansı bir açıqlama verilməsə də, Qaşıqçı hadisənin işıqlandırılması üçün Türk təhlükəsizlik qüvvələrinin araşdırmalarının bütün sürəti ilə davam etdiyi bildirilib.
Müxalifət.az