Slovakiya millimizlə oyun üçün heyətini açıqladı

Baxış sayı:
169

AVRO-2020-nin seçmə mərhələsində noyabrın 19-da, saat 23:45-də, Anton Malatinskiy stadionunda Azərbaycan millisi ilə qarşılaşacaq Slovakiya yığmasının heyəti açıqlanıb.

Rəqibimiz yığmamıza qarşı aşağıdakı oyunçuların xidmətindən istifadə edəcək.

Qapıçılar: Martin Dubravka (“Nyukasl”, İngiltərə), Marek Rodak (“Fulhem”, İngiltərə), Dominik Qreyf (“Slovan”)

Müdafiəçilər: Peter Pekarik (“Herta”, Almaniya), Lyubomir Şatka (“Lex”, Polşa), Milan Şkrinyar (“İnter”, İtaliya), Denis Vavro (“Latsio”, İtaliya), Martin Valyent (“Malyorka”, İspaniya), Norbert Qyomber (“Peruca”, İtaliya), David Hançko (“Sparta”, Çexiya)

Yarımmüdafiəçilər: Patrik Qroşovski (“Genk”, Belçika), Stanislav Lobotka (“Selta”, İspaniya), Yan Qrequş (“Minnesota Yunayted”, ABŞ), Yuray Kuçka (“Parma”, İtaliya), Matuş Bero (“Vitess”, Hollandiya), Marek Hamşik (“Dalyan Yifanq”, Çin), Andrey Duda (“Herta”, Almaniya), Laslo Benes (“Borussiya” M, Almaniya), Albert Ruşnak (“Real Solt Leyk”, ABŞ), Robert Mak (“Zenit”, Rusiya), Lukaş Haraslin (“Lexiya”, Polşa)

Hücumçular: Samuel Mraz (“Brondbü”, Danimarka), Mixal Duriş (“Anortosis”, Kipr), Robert Bojeník (“Jilina”)