“Şimal axını-2”-nin qarşısı alınmalıdır - AŞ PREZİDENTİ

Avropa Birliyi ölkələri “Qazprom”un Şimal axını-2 layihəsinə maneə yaradacaq qanunu tezliklə hazırlamalıdır.
 
Bunu jurnalistlərə açıqlamasında Avropa Şurasının rəhbəri Donald Tusk söyləyib. O, qısa zaman ərzində bununla bağlı AB liderlərinə müraciət edəcəyini bildirib.
Qeyd edək ki, Şimal axını-2 layihəsi rus qazının Baltik dənizinin dibi ilə Almaniyaya çatıdırılmasını nəzərdə tutur. Moskva bununla Ukraynanın öz ərazisindən rus qazının tranzitinə qoyduğu qadağanı kompensasiya etmək istəyir. Bu layihənin AB-də əsas tərəfdarları Almaniya, Avstriya və Fransa sayılır.