Əsəd rejimi ilə Türkiyə arasında danışıqlar başladı

Baxış sayı:
9607

İstanbulda Rusiya, Almaniya, Fransa və Türkiyənin iştirakı ilə keçirilən dördtərəfli zirvədən sonra Türkiyə ilə Suriya nümayəndə heyətləri arasında qeyri-rəsmi danışıqlara başlandığı bildirilir. Kəşfiyyat və diplomatik danışıqların Suriyada yaradılacaq yeni idarəetmə forması və Konstitusiya üçün həm Suriya xalqı, həm də Türkiyənin təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıdığı bildirilib.
 
Putin, Əsədin istəkli olduğunu dedi
 
İdlibin təhlükəsizliyi məsələsində prezident Ərdoğan və Rusiya prezidenti Putinin Soçidə gəldiyi razılığın qərarlı şəkildə həyata keçirilməsindən sonra, İstanbuldakı kritik dördlü zirvə zamanı Putinin Ərdoğana Suriya prezidenti Bəşşar Əsədlə qeyri-rəsmi görüşlər başlamasının Suriyanın yenidən qurulmasında əhəmiyyətli olacağını söylədiyi, Əsədin də Türkiyə ilə görüşməyə arzulu olduğunu dediyi ifadə edilib.
 
Danışıqları xüsusi nümayəndə heyəti aparacaq
 
Suriya ilə Türkiyə arasında aparılacaq danışıqları xüsusi bir heyətin aparacağı bildirilir. Eyni zamanda, Türk tərəfinin bu danışıqları başlamaqla Əsəd rejimini qanuni hakimiyyət kimi tanıması anlamına gəlməyəcək. Qeyri-rəsmi görüşlərin Suriya xalqının gələcəyi üçün faydalı ola biləcəyinə inandığı üçün başlandığının vurğulandığı bildirilib.
 
Türkiyə daha rahat əməliyyat keçirə biləcək
 
Əsəd rejimi ilə keçirilən qeyri-rəsmi görüşlərin Türkiyənin Suriya torpaqları içində terrorçulara qarşı keçirəcəyi əməliyyatlar üçün rahatlatıcı bir təsir yaradacağını bildirən mənbələr, Fəratın şərqində PYD/YPG terrorçularını daim dəstəkləyən ABŞ rəhbərliyinin bu gedişlə çətin vəziyyətə düşəcəyini düşünürlər. Daha əvvəlki dövrdə PYD/YPG terror təşkilatına sahə açaraq Türkiyəni çətinə salmaq istəyən Əsəd rəhbərliyinin, yeni prosesdə Türkiyənin hərbi və siyasi manevrlərinə mane olmayacağı, bunun da Türkiyənin terror təşkilatlarına qarşı apardığı mübarizədə əlini daha da gücləndirəcəyi kimi qiymətləndirilib.
Müxalifət.az