Əsəd PKK və İŞİD-ə KİMYƏVİ SİLAHLAR VERİB

Suriyada 2012-ci ilə qədər Kimyəvi Silahlar Dairəsinə rəhbərlik edən general Zahir Sakid, PKK-ya əhəmiyyətli miqdarda “xardal qazı” verildiyini deyib.
 
Türkiyəyə qarşı ABŞ tərəfindən təxminən 4 min yük avtomobili dolu hərbi texnika və silahla dəstəklənən PKK/PYD, Əsəddən də kimyəvi silah alıb. 2012-ci ilə qədər Suriya ordusunda Kimyəvi Silahlar Dairəsinə rəhbərlik edən Zahir Sakid, terror təşkilatının 31 avqust 2015-ci ildə Əsəd rejimi ilə kimyəvi silah müqaviləsi imzaladığını deyib.
Kəşfiyyat mənbələrindən topladığı məlumatlar əsasında mühüm bəyanatlar verən Sakid, Əsəd rejiminin anlaşmadan sonra PKK-ya əhəmiyyətli nisbətdə "xardal qazı” verdiyini qeyd edib. Vətəndaş müharibəsindən sonra Əsəd ordusundan ayrılan general Sakidə görə, ucuna xardal qazı kapsulu montaj edilmiş 100 ədəd raket hazırda PKK/PYD-nin əlində saxlanılır. General Sakidin açıqlamaları:
 
İLK MADDƏ TÜRKİYƏYƏ QARŞI “İSTİFADƏ EDİN”
 
"Əsəd və PKK arasında Dəməşqdə baş tutan bu anlaşmada ilk maddə bu silahları Türkiyəyə qarşı istifadə edilməsi olub. Kimyəvi silahların ən son təhvil verilməsi isə Deyrizorda baş verib. Təşkilatın əlində olan kimyəvi sursat məsələsindən ABŞ-ın da məlumatı var. PKK-ya “xardal qazı” verən rejimin məqsədlərindən biri, onsuz da qabarıq vəziyyətdəki kimyəvi cinayət dosyesinə yeni tərəfdaşlar tapmaq istəyidir. Çünki Birləşmiş Millətlərin əlində Suriya ordusu tərəfindən kimyəvi silah istifadə edildiyinə dair 32 iş var".
 
İŞİD-ə də VERDİLƏR
 
"Əsədin kimyəvi sursat verdiyi təşkilat yalnız PKK deyil. Rejim Xama və Qəbilədə İŞİD-ə də kimyəvi xammal verib. Terror təşkilatı İŞİD, bu kimyəvi maddələrdən mühüm bir qismini Mare-Bab cəbhəsində istifadə edib. Halbuki eyni İŞİD və PKK sözdə bir-birinə qarşı döyüşdüklərinə baxmayaraq, bu cəbhələrdə tək bir kimyəvi hücum reallaşdırılmadı. Ancaq bu terrorçu təşkilatlar “Fərat Qalxanı” Hərəkatı zamanı TSK və ASO-ya qarşı dəfələrlə kimyəvi silahdan istifadə edildi. Əslində, Əsəd rejimi də bunu istəyirdi".
General Sakidin iddiasını təsdiq edən başqa bir briqada üzvü Muhanned, PKK/PYD-nin həmin kimyəvi qarışıqları Münbiçtəki Tışrin bəndi ətrafında olan xüsusi bir sahədə mühafizə etdiyini deyib.

Müxalifət.az