SAAKAŞVİLİNİN DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ YAYILDI - Sürüyə-sürüyə aparırlar... / Video

Baxış sayı:
523

Penitensiar Xidmət üçüncü prezident Mixail Saakaşvilinin təqsirləndirilənlər və məhkumlar üçün 18 saylı tibb müəssisəsinə yerləşmə kadrlarını yayıb.

Muxalifet.az interpress.ge saytına istinadən Penitensiar Xidmətin bəyanatını təqdim edir:

"Yüksək ictimai marağa görə, məhkum Mixail Saakaşvilinin təqsirləndirilənlər və məhkumlar üçün 18 saylı tibb müəssisəsindəki palataya yerləşdirilməsini, Saakaşvili tərəfindən fiziki zorakılıq və tibbi avadanlıqların zədələnməsi faktını əks etdirən video görüntüləri yayırıq. Ədliyyə Nazirliyi artıq qeyd olunan fakta müvafiq hüquqi reaksiya verdi. Faktla bağlı Ədliyyə Nazirliyinin Baş Müfəttişliyi araşdırmalara başladı", - Penitensiar Xidmətin məlumatında deyilir.