Saakaşvili Ukraynada bu vəzifəyə təyin ediləcək... - O, SƏDR, ZELENSKİ KATİB OLACAQ

Baxış sayı:
2719

Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Milli İslahat Şurasının İcra Komitəsinin sədri vəzifəsinə təyin ediləcək.

Bu barədə “Deutche Welle” məlumat yayıb.

M. Saakaşvili məlumatı təsdiqləsə də, təyinatın dəqiq vaxtını açıqlamayıb.

 

Qeyd olunub ki, Ukrayna Prezidenti M. Saakaşvilinin səlahiyyətlərini artıracaq və ona Nazirlər Kabinetinin iclasında iştirak hüququ verəcək.

Milli İslahat Şurasının İcra Komitəsi katibinin isə Ukrayna Prezidentinin olacağı bildirilib.