Rusiya hərbçiləri Suriyada daha bir ABŞ hərbi bazasını ələ keçirdi

Baxış sayı:
12715

Rusiya hərbçiləri ABŞ-in Suriyada Fərat çayı üzərində Tışrin su anbarı yanındakı hərbi bazaya yerləşib və bazanın üstünə rus bayrağı sancılıb. Muxalifet.az bu barədə "Hurriyet"ə istinadla xəbər verir. Andolu Ajansının əldə etdiyi video görüntülərə görə Rus bayrağı sancılmış rus hərbi maşın karvanı Fərat çayı üzərindəki bazaya girib. Bir rus komandanının terrorçu YPG/PKK zabiti Şervan Derviş ilə danışığından sonra bazanın təhvil-təslimi baş tutub. Rusiya, keçən həftə Fərat çayının şərqindəki Aynularab vilayətindəki ABŞ-ıntərk etdiyi Sirrin və Sebit bazalarına girmişdi. Fərat çayının qərb sahilindəki Tişrin su anbarı 27 dekabr 2015-ci ildə ABŞ-ınköməyilə PKK/YPG-nin əlinə keçmişdi və ABŞ burada 2016-cı ildə baza qurmuşdu. Muxalifet.az