Rusiya Haftara dəstək üçün Liviyaya muzdlular və silah daşıyır – “Antonov” və “İlyuşin” təyyarələri Sirtedəki Əl Girdabiyyə bazasında

Baxış sayı:
2175

Liviyanın Milli Barışıq Hökumətinin ordusu suriyalı muzdlu döyüşçüləri və “Pantsir” hava hücumundan müdafiə sistemlərini daşıyan Rusiya təyyarələrinin qiyamçı Həftəri dəstəkləmək üçün Sirtedə yerləşən Əl Girdabiyyə bazasına ən azı 11 dəfə endiyini bəyan edib.

Açıqlamanı MBH ordusunun Sirte və Cufra Birgə Əməliyyat Dairəsinin mətbuat təmsilisi general Əbdülhadi Dırah verib. O, Rusiyaya məxsus “Antonov” və “İlyuşin” yük təyyarələrinin Sirtedəki Əl Girdabiyyə bazasına azı 11 dəfə endiyini, qiyamçılara dəstək üçün suriyalı muzdluları, 6 ədəd “Pantsir” hava hücumundan müdafiə sistemini, həmçinin silah və sursat gətirdiyini açıqlayıb.

Liviya ordusu Sirte, Cufra Hərbi Hava Bazası ətrafındakı əraziləri ölkənin şərqindəki yaraqlılardan təmizləmək üçün 6 iyun tarixində “Zəfər yolları” adlı yeni bir əməliyyata başlayıb./Hurriyyet.org