Rusiya 480 tank və 900-dən çox zirehli maşın göndərdi - FOTO

Baxış sayı:
2401

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın dövlət səviyyəsində terror fəaliyyətlərini dəstəklədiyini bildirərək, Donbasa silah daşınmasını artırdığını və bunun birbaşa silahlı təcavüz olduğunu açıqlayıb.

Bu barədə nazirlik rəsmi məlumat yayıb və yazılı şərhdə Rusiyanın Ukraynanın şərqi ilə bağlı yürütdüyü siyasəti tənqid edilib.

Bildirilib ki, Ukrayna beynəlxalq razılaşmalara uyğun olaraq tərəfdaşlardan texniki yardım alır:

“Ukraynanın ABŞ-dan hərbi yardım aldığı zaman Rusiyanın Donbasa silah və hərbi texnika göndərməsi maraq doğurur. 480 tank, 900-dən çox zirehli maşın, 450-ə yaxın top, 300 ədəd minaatan, 210 çox lüləli raket buraxıcısı, təxminən 700 havadan müdafiə qurğusu, 450 ədəd tank əleyhinə maşın müvəqqəti olaraq işğal olunan Donetsk və Luqansk bölgələrində yerləşdirilib. Rusiya bu silahların hamısını Ukraynaya qarşı hərbi əməliyyatlarda istifadə edir. Rusiya silah tədarükünü artırmaq istəyirsə, bu, birbaşa silahlı təcavüzü və dövlət səviyyəsində terror fəaliyyətinin dəstəkləndiyini göstərir”, - məlumatda qeyd edilib./publika.az