​“Rus NATO-su”nun liderləri Minskə toplanır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin dövlət başçılarının görüşü noyabrın 30-da Minskdə keçiriləcək.
Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. Görüşdə bütün üzv ölkələrin dövlət başçılarının iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistan üzvdür. Hazırda alyansa Belarus rəhbərlik edir.