Ronaldu Nurməhəmmədovu təbrik etdi

Baxış sayı:
6884

Turin "Yuventus"unun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovu amerikalı Castin Qetji üzərində qələbə çalması münasibətilə təbrik edib.

Bu barədə futbolçu özünün “Instagram“dakı səhifəsində yazıb.

"Təbrik edirəm, qardaş! Sənin atan səninlə fəxr edərdi", - deyə o yazıb.

Xatırladaq ki, təkbətək döyüş ikinci raundda Nurməhəmmədovun vaxtından əvvəl boğucu fəndlə qalib gəlməsi ilə qurtarıb.

Rusiyalı üçün bu qələbə atası Abdulmanap Nurməhəmmədovun ölümündən sonra ilk, peşəkar karyerasında isə ardıcıl 29-cu qələbə olub.

H.Nurməhəmmədov bununla yüngül çəkidə UFC çempionu titulunu qoruyub./report