"Ərdoğanın diplomatiyası yenə öz sözünü deməkdədir" - ZAUR MƏMMƏDOV

Baxış sayı:
10003

"Tarixdə ilk dəfə Türkiyə böyük güclərlə siyasətində öz milli maraqlarını reallaşdırmağa bu qədər yaxındır"

"ABŞ və Türkiyə liderləri nəhayət ki, görüşdülər. Bu, onlar arasında keçirilən ən mülayim şəkildə başa çatan ilk görüş oldu". Bu fikirlər Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədova məxsusdur.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp biznes adamı kimi digər ölkələrlə münasibətlərində olduğu kimi Türkiyə ilə də aralarındakı ticarət məsələsinə önəm verərək Amerikaya gəlir gətirilməsinə nail oldu: "Tərəflər arasında 100 milyardlıq anlaşma, lakin detalları açmadılar. Bundan başqa, Suriyanın şimalı Türkiyənin faktiki olaraq hərbi-siyasi təsiri altında olacaq. Təbii ki, Rusiya, İran və Türkiyə maraqları əvvəllər olduğu kimi yenə də bölgədə toqquşmağa davam edəcək. İndi top Kremldədir. Çünki Suriyanın şimalı və İdlib məsələsində Rusiya daha çox rıcaqlara malikdir".

Bakı Politoloqlar Klubunun rəhbəri hesab edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın diplomatiyası yenə öz sözünü deməkdədir: "Tarixdə ilk dəfə Türkiyə böyük güclərlə siyasətində öz milli maraqlarını reallaşdırmağa bu qədər yaxındır. Beləliklə, budur geosiyasət. Kimlərin kimlərdən xoşları gəlib-gəlməməyinə baxmayaraq, siz tərəfdaş olmağa ya məhkumsuz, ya əksinə. Türkiyə və ABŞ-ın geosiyasi maraqları daim üst-üstə düşüb".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org