Qərbi Azərbaycan Respublikasının yeni qurumları yaranır

Baxış sayı:
3412

İyunun 3-də Qərbi Azərbaycan (İrəvan) Respublikası Sədarətinin Qafar Çaxmaqlının sədrliyi ilə növbəti videokonfransı baş tutmuşdur.
Muxalifet.az
bu barədə Suveren.az-a istinadla bildirir. 
Ötən könfransda qəbul edilən qərarların icrası barədə məlumat verilmişdir. Millət Şurası nəzdində fəaliyyətə başlayacaq Katibliyin əsasnaməsi, fəaliyyət mexanizminin hazırlanması və gələcək konfransda müzakirə edilməsi qərar alınmışdır. Millət Şurasının nəzdində yaradılmış Qərbi Azərbaycan Tarixinin Araşdırılması Mərkəzinin rəhbər Ramazan Hüseynli bu vəzifəyə təsdiq edilmiş və görüləcək işlər barədə onun mülahizələri dinlənilmişdir.
Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Ermənistana verilməsi ilə bağlı geniş bir konfransın keçirilməsi üçün işçi qrup seçilmişdir. Təşkilati məsələlərə baxılmışdır. Nigar Ögedayın QA(İ)R Millət Şurası sədrinin müavini, İradə Rzazadənin QA(İ)R Qadınlar Şurasının sədri postuna təyinatı təsdiq edilmişdir. Mürvət Yusifovun MŞ sədrinin müavini seçilməsi ilə bağlı Nigar Ögedayın təklifinə baxılmış və M.Yusifov sədr müavini seçilmişdir. Aslan Azadəliyevin sədri olduğu 11 nəfərdən ibarət nəzarət, təftiş və daxili etik davranış komissiyası da təsdiq edilmişdir.
Millət Şurasının tərkibində digər komissiyaların yaradılması ilə bağlı fikir mübadiləsi aparılmışdır. Beynəlxalq əlaqələr və xarici siyasət, Dovlət quruculugu və hüquq işləri, İdeologiya və siyasət, Parlament seşkilərinə hazırlıq, Qərbi Azərbaycan (İrəvan) Respublikasının dövlət atributlarının hazırlanması, Qaçqınların siyahıya alınması və təşkilatlanma, İctimaiyyətlə əlaqələr, Xarici əlaqələr və diaspora ilə iş, Sayt, TV, təbliğat və təşviqat məsələləri, Türk dövlətləri və topluluqları ilə iş, Mətbuat, informasıya və sosial media ilə əlaqələr komissiyalarının yaradılması ilə bağlı verilən təkliflərin növbət konfransda müzakirə edilməsi qərara alınmışdır.
Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının Mətbuat, İnformasiya, sosial şəbəkələrlə iş və Təhlil Mərkəzi