"Qızlarımız elə universitetlərdə öz yarını tapa bilərlər" - Təhsil eksperti

Baxış sayı:
370

Muxalifet.az "Qafqazinfo" ya istinadən xəbər verir ki, bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvi, təhsil eksperti Şahlar Əsgərov Təhsil İşçilərinin Respublika Konfransındakı çıxışında deyib. Konfransın əhəmiyyətindən, təhsil sahəsindəki yeniliklərdən bəhs edən təhsil eksperti sonda maraqlı fikir səsləndirib. Bildirib ki, gənc qızlar üçün universitet gələcək həyat yoldaşını tapmaq üçün ideal məkandır:
"Bizim qızlar kafe, restoran gəzib özünə ər axtarmaz. Onu valideynlər etməlidir. Düşünürəm ki, qızlarımız elə universitetlərdə öz gələcək həyat yoldaşını tapsa, daha yaxşı olar. Ona görə həmişə deyirəm ki, universitetlər giriş qapılarını geniş açmalıdır, çıxış qapılarını bağlamalıdır".