"Qızım evli olduğu 7 il müddətində daima zorakılığa məruz qalıb" - LEYLANIN ANASI / Video

Baxış sayı:
2104

Oktyabrın 6-da Bakı Avtovağzalı yaxınlığında əri Nicat Məmmədov tərəfindən 3 azyaşlı uşaqlarının gözləri qarşısında qətlə yetirilən Leyla Məmmədovanın anası Flora Mahmudova qızının öldürülməsindən danışıb.

Muxalifet.az xəbər verir ki, Meydan Tv-yə danışan qadın 27 yaşlı qızının evli olduğu 7 il müddətində daima zorakılığa, təhqirlərə məruz qaldığını bildirib.

O, qızının şiddətə dözməyib boşanmaq istədiyi üçün öldürüldüyünü deyib.