Qəbələ, Kürdəmir və Siyəzənə ballistik raketlər Ermənistandan atılıb - PREZİDENTİN KÖMƏKÇİSİ

Baxış sayı:
1057

"Ermənistan öz ərazisindən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən şəhərlərinə operativ taktiki raketlər atıb".
Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.
O bildirib ki, günahsız mülki əhali və mülki obyektlər Ermənistanın raket hücumunun hədəfində olub: “Ermənistan mülki şəxslərə qarşı müharibə cinayətlərini davam etdirir”.