Qaşıqçının nişanlısı Trampa çağırış etdi

Baxış sayı:
7420

“Middle East Monitor” və “Əl Şərq” Forumun Londonda birlikdə keçirdiyi "Camal Qaşıqçını Anma" proqramında çıxış edən Qaşıqçının nişanlısı Xədicə Çingiz, İstanbuldakı Səudiyyə Ərəbistanı Konsulluğunda öldürülən jurnalistin dostları arasında olmaqdan böyük xoşbəxtlik və şərəf duyduğunu söyləyib.
 
Dünyanın hər yerindən insanların göstərdiyi həmrəyliyə görə minnətdar
olduğunu bildirən Çingiz, bunları qeyd edib:
"Amma Amerika başda olmaqla, bir çox ölkədəki siyasi liderlərin bu ana qədər ortaya qoyduğu davranışlarından dolayı böyük bir xəyal qırıqlığı içərisindəyəm. Prezident Tramp, həqiqətin ortaya çıxarılmasına və ədalətin yaradılmasına kömək etməlidir. Tramp, nişanlımın cinayətinin üstünün örtülməsinə icazə verməməlidir. Ən yüksəkdəki siyasətçilər daxil olmaqla, bu vəhşi cinayətə qoşulan heç kimsənin üstü örtülməməlidir. Bu cinayətin üstü heç vaxt örtülməməlidir."
 
Vətənpərvər bir adam idi
 
"Camalin yox olması, qəlbimdə və ruhumda dərin bir boşluq buraxdı" deyən Çingiz, "Camal, bir çoxunuzun bildiyi bir fiqurdur. Bəziləriniz üçün şərti bir fiqur və digərləriniz isə yaxın bir dostdur. Ancaq mənim üçün o, digər dünyadakı yarımdır. Məni tamamlayandır" deyə söyləyib.
Qaşıqçı-nın yalnız inandıqlarını yazdığını ifadə edən Çingiz, "Vətənpərvər bir adamdı. Ölkəsinin və insanlarının işinə inanırdı, rəhbərlərinin maraqlarına deyil. Ölkəsində və bölgəmizdə demokratiya, azadlıqlar və insan ləyaqətinin qorunmasına inanırdı" deyib.
"Konsulluqda qana susamış şeytani şəxslərin içəridə Camalı gözlədiyini bilsəydim Camalın o binaya girişini əngəlləmək üçün əlimdən gələn hər şeyi edərdim" deyən Çingiz, sözlərini belə davam edib:
"Amma belə bir vəhşiliyin, zalımlığın, belə bir iblisin Camalı gözlədiyini təxəyyül etmədim. O gündən sonra içimdə böyüyən bir boşluq, ifadə edilə bilməyəcək bir ağrı var. O gün Camalın bədənini məndən aldılar. Lakin onun qəlbi, sevgisi, hələ də mənimlədir. Bu gün, milyonlar onun ideallarını bölüşür və qəlblərində acısını hiss edirlər. Ölümü milyonlara ilham verdi. Camalın uğrunda döyüşdüyü şeylər hazırda milyonların vəzifəsidir. Bu məşəli əldən ələ gəzdirməliyik."
 
Camalin bədəni haradadır?
 
Qaşıqçının demokratiya, azadlıq mübarizəsi üçün şəhid olduğunu bildirən Çingiz, “Camalın nəşini ailəsi, dostları və sevdiklərinin duaları ilə basdırmaq istəyirəm. O səbəblə təkrar soruşuram sevgili Camalın bədəni haradadır?
Səudiyyə Ərəbistanının Camalın bədənini tam olaraq harada olduğunu yaxşı bildiyinə inanıram. Mənim bu müraciətimə cavab verməlidirlər. Bu sadəcə Camalın nişanlısının tələbi deyil, insanı və dini bir tələbdir" deyə bildirib.
"Ədalətin bərqərar olmasını istəyirəm" deyən Çingiz, bunları qeyd edib:
"Bunu, sadəcə, sevgili Camalı öldürənlər üçün deyil, bu cinayəti təşkil edənlərin, bu əmri verənlərin də ədalət qarşısında hesab verməsini istəyirəm. Bu təkcə mənim suallarım və tələblərim deyil. Bu eyni zamanda milyonların istəyi və suallarıdır. Bu qəddar cinayətdə siyasi liderliyin rolunun gün işığına çıxarılmasını İstəyirəm. Camal üçün ədalət tələb edirəm. Bəşəriyyət və beynəlxalq ictimaiyyətin vicdanına müraciət edirəm. Xahiş edirəm, həqiqəti ortaya çıxarın. Cinayətkarları və onların siyasi planlayıcılarını ədalət qarşısına çıxara bilməmizə yardımçı olun."
Müxalifət.az