Qaşıqçının cəsədi Səudiyyəyə aparıldı” İDDİASI

Baxış sayı:
3769

Jurnalist Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda həyatını itirdiyi ilə bağlı aparılan açıqlamadan sonra gözlər Qaşıqçı-nın cansız bədəninin harada olduğuna yönəlib. İstintaq orqanlarının diqqətinin 15 nəfərlik sui qəsd qrupunda yer alan Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd Bin Salmana ən yaxın şəxslərdən biri olan Mahər Abdulaziz Mutrebə kökləndiyi müəyyən olunub.
 
Qaşıqçı-nın konsulluğa daxil olduğu 2 oktyabrda Səudiyyə Ərəbistanından İstanbula gələn Mutreb, həmin gün saat 18.20-də İstanbul Atatürk Hava Limanından VİP salonundan özəl təyyarəyə minərək Misirə uçub.
 
ÇANTASINI X-RAY-dan KEÇİRə BİLƏRMİ?
 
İstintaq orqanları Qaşıqçı-nın cansız bədəninə aid parçaların Mutreb vasitəsilə ölkə xaricinə çıxaracağı ehtimalı üzərində dayanır. Diplomatik pasporta malik olması səbəbilə hər hansı bir axtarış və X-ray cihazından keçmə zərurəti olmaması, diqqətlərin Mutrebə yönəlməsinə səbəb olub.
Mutrebin diplomatik toxunulmazlıq zirehini istifadə edərək baqajını x-ray cihazına qoymadan tranzit olaraq təyyarəyə mindiyi iddialar arasında yer alır. Mutrebin İstanbul Atatürk Hava Limanından çıxış görüntülərinin araşdırılması ilə o zaman VIP salonunda xidmət edən təhlükəsizlik əməkdaşları və polis məmurlarının da məlumatlarına müraciət edildiyi öyrənilib.
Müxalifət.az