Qaşıqçı hadisəsində yeni gəlişmə: Bütün sirri o cihaz həll edə bilər

Baxış sayı:
3640

Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın itkin düşməsilə əlaqədar olaraq araşdırma qrupları Səudiyyə Ərəbistanının Baş Konsulluğuna girəcək. Baş konsulun iqamətgahınında da tədqiq edilib edilməyəcəyi hələlik bəlli deyil. Qaşıqçı-nın qolundakı ağıllı saat, harada olduğu barədə ipucu verə bilər.
 
“APPLE WATCH” SİRRİ ÇÖZƏ BİLƏR
 
“Reuters”-ə danışan iki Türk səlahiyyətli, Qaşıqçı-nın nişanlısı Xədicədə saxladığı cib telefonuna bağlı olan bir “Apple Watch” saat daşıdığını, aqibəti mövzusunda bu saatdan gələn məlumatların əhəmiyyətli ipucu verə biləcəyini söyləyib.
Qeyd edək ki, Camal Qaşıqçı, evlilik əməliyyatları üçün 2 oktyabrda saat 13.14-də Səudiyyə Ərəbistanının Levent İstanbul Baş Konsulluğu binasına girib.
O tarixdən sonra Qaşıqçı-dan bir daha xəbər gəlməyib.
 Qaşıqçı-nın itkin düşdüyü gün Səudiyyə Ərəbistanından iki təyyarədə gələn 15 nəfərlik qrupun, konsulluğa daxil olduqları, daha sonra isə ölkələrinə qayıtdıqları ortaya çıxıb.
Müxalifət.az