​Qaragüldən şok iddia: PKK və İŞİD Türkiyədən idarə edilir

“Yeni Şəfəq” qəzetini baş direktoru İbrahim Qaragül geosiyasi proseslərlə bağlı səs-küylü açıqlamalar verib.
Muxalifət.az xəbər verir ki, Qaragül yerli mətbuata açıqlamasında PKK və İŞİD-in İncirlikdən idarə edildiyini iddia edib:
“ABŞ bu regionun hər yerindən qovulmalıdır. Onlar hər tərəfə pislik etməklə məşğuldurlar. İncirlik tamamilə bağlanılmalıdır. PKK, PYD, İŞİD İncirlikdən idarə edilir. Amerikalılar gözümüzün önündə onlarla toplantı edir. Strategiya buradan başlanır. Oradan sözügedən qruplaşmalara silah göndərilir. İstənilən sahədə dəstək verilir. Onsuz da bir müddət sonra ABŞ İncirlikdən çıxacaq. 15 iyul çevriliş cəhdi də İncirlikdən idarə edildi, Akıncıdan deyil... Bu gün Suriya, İraq, regiondakı bütün fitnə-fəsadlar İncirlikdən idarə edilir”.