Qarabağ danışıqları dalana dirənib-sabiq erməni rəsmisindən BƏYANAT

Baxış sayı:
4438

Heç kim deyə bilməz ki, biz öz vaxtımızda vacib məsələlərə barmaqarası baxmışıq. İndiki hökumətin siyasəti göstərir ki, onlar bu məsələdə əvvəlki hakimiyyətin yolunu gedirlər.
Muxalifet.az "tert.am" saytına istinadla bildirir ki, bu haqda Ermənistanın keçmiş müdafiə naziri müavini Artak Zakaryan jurnalistlərə müsahibəsində deyib.
“Biz məsuliyyətsiz, ehtiyatsız siyasi bəyanatların şahidi oluruq. Qarabağ məsələsində də danışıqlar prosesi dalana dirənib, hətta Azərbaycana da aydın deyil. Əgər başqa tərəfdən baxsaq görərik ki, Azırbaycan danışıqlar prosesinə daha konstruktiv yanaşır, nəinki Ermənistan. Beynəlxalq birlik artıq Azərbaycanın hərəkətlərini konstruktiv mövqe kimi qəbul edir. Ermənistanın təklifləri rədd edilir və məntiqsiz hesab olunur”, deyə əlavə edib ki, əgər hakimiyyət prosesi Minsk Qrupu çərçivəsində davam etdirərsə, problemmiz olmayacaq.  
Ermənistan üç tərəfi qane edəcək həll yolu tapmağın qeyri-müəyyən prinsipləri haqda bəyanat verir, amma bunun necə bir həll yolu olduğunu açıqlamır.     
Muxalifet.az