Putin heç nə edə bilməyəcək - Jirinovski

İndiki hakimiyyət artıq özünü tükədib.
 
Bu sözləri Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.
“Mən Kremlə getmək üçün prezident seçkisini gözləməməliyəm. Əgər hazırkı hökumət hakimiyyətdə qalsa, heç nə edə bilməyəcək. Ona görə ki, hökumət artıq özünü tükədib. Mən Kremlə getsəm, Ukraynada dərhal nizam bərpa olunacaq. Qiyamçılar Kiyevə qədər gedəcəklər. Yaxın Şərqdə nizam bərpa olunacaq. Biz Suriya prezidentinə bütün xarici qoşunları öz ərazisindən çıxarmasına kömək edəcəyik. Biz Çinlə danışıb, koreyalıları birləşdirəcəyik. Yeni Koreya bütöv və nüvə silahsız olacaq. İndiki hökumət bunları edə bilməz”, – Jirinovski bildirib.