Putin daha bir azərbaycanlını medalla təltif etdi - Foto

Baxış sayı:
7674

“Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov Rusiyanın “Puşkin” medalı ilə təltif edilib. Muxalifet.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. Qeyd edək ki, Rusiyanın “Puşkin” medalı mədəniyyət və incəsənət, maarifçilik, humanitar elmlər və ədəbiyyat sahələrində xidmətlərə, mədəni irsin öyrənilməsi və qorunub saxlanmasına, xalqların və millətlərin mədəniyyətlərinin yaxınlaşmasına və qarşılıqlı zənginləşməsinə töhfəyə görə verilir.