Prezident iki rayona icra başçısı təyin etdi - SƏRƏNCAM
21-05-2020 13:13
Baxış sayı:
2173
Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezident İlham Əliyev mayın 21-də bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, E.Rzayev bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib.
Prezidentin digər sərəncamı ilə Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Seymur Orucov indiyədək Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının sədri vəzifəsini tuturdu.