Polkovnikdən PKK-çı qadınlarla bağlı inanılmaz paylaşım
19-11-2019 00:51
Baxış sayı:
11167

ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının sözçüsü polkovnik Mayls Kaqinsin sosial şəbəkədə paylaşımı ciddi müzakirələrə səbəb olub.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, amerikalı hərbçi YPG-nin qadın qolu YPJ-nin ABŞ əsgərlərinin dəstəyi ilə keçirdiyi təlimlərdən görüntülər paylaşıb.
“Aslan aslandır, dişisi, yaxud erkəyi, fərq etməz. Yeni döyüşçüləri təbrik edirəm, çox yaşayın” - başlıqlı görüntülərlə Kaqins terrorçulara rəğbətini ifadə edib.
Həmin videoda qadın terrorçuların Türkiyəyə qarşı döyüşməyə hazır olduqlarını bildirməsi də diqqətdən yayınmayıb.