Polis şöbəsində damarlarını doğradı

Azərbaycanda polis şöbəsində intihara cəhd olub.
 
İstipress xəbər verir ki, hadisə Xaçmazda baş verib.
38 yaşlı, Bakının Sabunçu rayon sakini Ramin Abdulhəsən oğlu Əhmədov damarını kəsərək özünü öldürmək istəyib. Yaralı dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Xəstəxanaya polisin müşayiətilə gətirilən yaralıya ilkin yardım göstərilib. Sonra o yenidən şöbəyə qaytarılıb.
Onun nə üçün bu addımı atdığı açıqlanmır.