PKK Putinə yalvardı: “TÜRKİYƏNİ BİZDƏN UZAQ TUTUN”

PKK başçılarından olan Murad Qarayılan, Türkiyənin Afrində əməliyyat keçirməməsi üçün Rusiyadan yardım istəyib.
 
Türk Silahlı Qüvvələri, terror təşkilatı PKK-nın Suriyadakı davamı PYD-nin nəzarətində olan Afrinə əməliyyat üçün hazırlıqlarını tamamlamaq üzrədir.
Regionu ələ keçirərək PKK-ya ağır bir zərbə vurmağı planlaşdıran TSK, terrorçuları Afrində mühasirəyə alıb.
 
PKK TƏŞVİŞ İÇİNDƏ
 
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın hər an əməliyyatın keçirilməsi xəbərdarlığından sonra PKK-lı terroristlər təlaşa düşüblər.
 
PUTİNƏ YALVARDI
 
Təşkilatın mediasına açıqlama verən PKK başçısı Murad Qarayılan, Rusiya prezidenti Vladimir Putindən kömək istəyib.
Türkiyənin Afrinə planlaşdırdığı hücum əməliyyatına Rusiyanın əngəl olmasını istəyən Qarayılan, Türkiyəni PKK-dan uzaq tutulmasını xahiş edib.
 
“RUSYA RƏHBƏRLİYİNDƏN GÖZLƏNTİMİZ"
 
PKK başçısı, "Türkiyə Afrinə hücum edərsə, bunu Rusiyanın təcavüzü kimi görəcəyik. Cənab Putinin bu plana razılıq verməyəcəyini ümid edirəm. Rusiya rəhbərliyindən gözləntimiz budur. Rusiya rəhbərliyinin bunu yaxşı bilməsi lazımdır" deyə, həm yalvarış, həm də təhdid xarakterli danışıb.

Müxalifət.az