Paşinyanın saatını və kompüterini oğurladılar - Etirazçılar baş nazirin kabinetini qarət ediblər

Baxış sayı:
1111

Ermənistanın məğlubiyyətini rəsmiləşdirən razılaşmaya etiraz edən ermənilər baş nazirin iqamətgahına soxulduqdan sonra Nikol Paşinyanın kabinetini də qarət ediblər.

Bu barədə məlumat Rusiyanın “Kommersant” qəzetində dərc edilib.

Qəzet yazır ki, bu gün səhər öz “Feysbuk” səhifəsindən ermənilərə canlı yayımla müraciət edən Nikol Paşinyan onun ofisini dağıdan şəxsləri oğurluqda ittiham edərək, deyib: “Baş nazirin iqamətgahından kompüter, saat, parfümeriya, sürücülük vəsiqəsi və digər əşyalar oğurlanıb. Bütün bunlar, əlbəttə ki, vətən naminə edilib.”

Xatırladaq ki, Paşinyanı yerində tapa bilməyən ermənilər parlamentin spikeri Ararat Mirzoyanı yaxalaya biliblər və onu uşaqlarının gözü qarşısında vəhşicəsinə döyərək, az qala ölümcül hala salıblar./azpolitika