Parisdə Makronun islatahlarına etiraz edilir

Baxış sayı:
16882

Prezident Emmanuel Makronun pensiya sistemini dəyişdirmək planları ölkədə ümummilli tətillərə səbəb olub. Paris şəhərində həyat tamamilə dayanıb.
Müxtəlif həmkarlar ittifaqları üzvləri, müəllimlərdən tutmuş yük maşını sürücülərinə qədər cümə axşamı işlərindən çıxıb Fransa paytaxtının küçələrinə axın ediblər.
Polis bu etirazların baş qaldırdığı küçələrdə yerləşən dükan, kafe və restoranlara bir günlük bağlanma göstərişi verib. Eyni zamanda prezident sarayının ətrafı bloklanıb.
"Bu qədər də olmaz. Onlar bizim pensiya sxemimizə toxunurlar. Bir məktəbdə işə başladıqda sizə deyirlər ki, 55 yaşında təqaüdə çıxacaqsınız və sonra 55-də deyil, çox sonra pensiyaya çıxacağınızı öyrənirsiniz. Bundan başqa, əvvəllər müəllimliklə bağlı azad qərarlar verə bilirdik. Artıq bunu da əlimizdən alırlar. Heç kəs bizi qiymətləndirmir və nəticədə ümidsizliyə qapanırıq”.
Otellər bir çox turistin Parisə səyahət planını təxirə saldığını bildirib. Metro sisteminin böyük hissəsi bağlanıb. 10 sürətli qatardan yalnız biri milli və beynəlxalq marşrutları pozaraq hərəkət edib.
Parisə və Parisdən uçan təyyarələrin 20%-i uçuşunu dayandırıb. Çünki aviatorlar da kütləvi tətilə qatılıb.
Prezident Makron Fransanın 40-dan çox sərfəli, lakin qarışıq pensiya planlarında islahat edəcəyini açıqlayıb. O, ölkə iqtisadiyyatının qlobal səhnədə daha rəqabətli olması üçün islahatların vacibliyini söyləyib.
Muxalifet.az