Ölkədə koronavirusa yoluxanların yarıdan çoxu Bakının payına düşür – RƏQƏMLƏR

Baxış sayı:
2963

Ümumi yoluxma hallarının 55,1 faizi Bakının payına düşür.

Bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın brifinqində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

TƏBİB sədri deyib ki, Abşeron 16,3 faizlə ikinci, Gəncə-Qazax 8,4 faizlə üçüncü yerdədir.

R.Bayramlı qeyd edib ki, paytaxtda ən çox yoluxma Binəqədi, Yasamal və Xətai rayonlarındadır.